“Pulunu ver, parkı da al, piyada səkisini də tut. İcra hakimlərinin korrupsiya əməllərindən insanlar əziyyət çəkir.”
Bu sözləri tanınmış vəkil Elçin Sadıqov öz sosial şəbəkə hesabında paylaşaraq, Binəqədi Rayon İcra Hakimiyyətinə etirazını bildirmişdir. Belə ki, Atatürk prospektinin başlanğıcından etibarən yolun piyadalar üçün nəzərdə tutulmuş hərəkət hissəsinin tutulduğu faktı açıq-aşkar görünür.
Gununsesi.info xəbər verir ki, təqdim olunan görüntülərdən piyada keçidlərin tutulması nəticəsində insanların yolun ortası ilə, az qala maşınlarla bərabər hərəkət etməsi müşahidə olunur. Bu isə həm qəza şəraiti yaradır, həm də insanların hərəkətinə maneə törədir. Piyada keçidlərinin bu şəkildə tutulmasına səbəb isə ətrafdakı ictimai iaşə obyektlərinin, inşa olunan binaların ərazisinin yolun hərəkət hissəsinə qədər girməsidir.
Gununsesi.info