Piyada öldü, sürücü hadisə yerindən qaçdı

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü Vahid Nüsrət oğlu Həsənov yolu keçən zaman avtomobil onu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır (Report).

Gununsesi.info