
Şirvanda avtomobil piyadanı vurub.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, naməlum avtomobil Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlunu vurub.
Ağır kəllə-beyin travması alan A.Əliyev Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
***
Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb.
Belə ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Həmin şəxs Şirvan şəhər sakini, 1997-ci il Şahbazov Xalid Xaləddin oğlu hadisəni idarə etdiyi “Prado” markalı 90 XG 991 dövlət nömrə nişanlı avtomobillə törədib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info