Paytaxt ərazisində piyada vurma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Xaşaxund bağları ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 24 yaşlı Kənan Fətullayevi naməlum avtomobil vurub. Hadisədən sonra sürücü ərazini tərk edib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyatını xilas edə biliblər. Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin tutlması istiqamətində əmliyyat axtarış tədbirləri həyata keçiri.
Faktla bağlı cinayət işi başlanıb.
Gununsesi.info