Piyadanı vurub qaçan sürücü tutuldu

  • By admin
  • 31 May 2017 11:32

unnamed (1)

Yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdartəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 25-də şəhər sakini Fərman Şəfiyevin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, həmyerlisi Cövdət Kərimov saxlanılıb.

Anar
Gununsesi.info