Piyadanın ölümü ilə nəticələnən ağır yol hadisəsi baş verib

  • By admin
  • 14 Noyabr 2016 10:06

yollllllllllllllllllllllllllllllllll

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Habil Əliyevi yük maşını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən H. Əliyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info