Piylənmə və artıq çəkiyə qarşı – Məhsullar

  • By admin
  • 15 Sentyabr 2016 16:23

piy

Piylənmə və artıq çəki son illərin ən aktual problemlərindən hesab olunur.

HTML tutorial

Gununsesi.info Qərb mətbuatına istinadən xəbər verir ki, bir sıra narahatlıqlara və xəstəliklərə səbəb olan bu problemləri aradan qaldırmaq üçün aparılan tədqiqatlar göstərir ki, bəzi qidalar piylənmə ilə mübarizədə istifadə oluna bilərlər.

Qreypfrut – bu meyvədə olan üzvi turşular iştahanı azaldır, piyləri əridir. Qida qəbulundan əvvəl yarım ədəd qreypfrut yemək nəticəsində tədricən arıqlamaq (3 aya 2-4 kq) mümkündür. 

Ananas – anansdakı bromelin maddəsi arıqlamağa yardım edir. Bundan başqa ananasda iştahanı azaldan və toxluq hissi yaradan maddələr var.

Kivi –   piyin əridilməsinə və maddələr mübadiləsinin sürətlənməsinə səbəb olan enzimlər və C vitamini ilə zəngindir. 2 ədəd kivi orqanizmi C vitamininə olan gündəlik təlabatını ödəyir.Yeməkdən sonra mədədə əmələ gələn ağırlıq hissini kivi yeməklə aradan qaldıra bilərsiniz.

Tərəvəzlərdən kələm, kərəviz, çuğundur, balqabaq az kalorili olsa da vitamin və minerallarla zəngindirlər. Toxluq hissi yaradırlar, maddələr mübadiləsini sürətləndirilər, piylərin əriməsinə, bağırsaqların təmizlənməsinə səbəb olurlar.

Ədviyyatlardan tünd ədvalar maddələr mübadiləsini sürətləndirir və bununla da orqanizmin arıqlamasına səbəb olur. Darçın qanı artıq şəkərdən və “pis” xollestrindən təmizləyir, köpü aradan qaldırır.

Gündə çay qaşığının 1/4 qədər darçından istifadə etmək yeni piy toplantılarının əmələ gəlməsinin qarşısını alır.

Yağsız ağartı məhsullarından 1atıq, kefir, süzmə, süd həm orqanizmi kalsiumla və piyi parçalamağa məcbur edən kalsitrol maddəsi ilə təmin edir.

Su və yaşıl çay –  İnsanın arıqlamağına yardım göstərir. Onların hər ikisi metabolizmi sürətləndirir, orqanizmi toksinlərdən təmizləyir.

Zülallar- əzələ kütləsinin əsasını təşkil edən zülalları heç bir şeylə əvəz etmək olmaz. Zülallı qidanın mənbəyi olan yağsız dana əti, toyuq sinəsi, hind toyuğu əti, balıq və yumurta ağı toxluq yaradır. Orqanizmi gümrah saxlayır, yeni piy qatı yaratmır

 

Gülnaz Qənbərli

Gununsesi.info