
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) PKK-nı məhv etmək üçün ortaq hərəkət etdiyini deyən Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat Rusiyanı bu ittifaqa dəstək verməməyə çağırıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmsədr bildirib ki, bu aylar Türkiyə Ordusu tərəfindən PKK-ya qarşı həyata keçirilən hərbi əməliyyatların sayı artıb.
Belə ki, illərdir PKK-nın girilməyən ərazilərinə tək-tək girən Məhmətçik, terrorçulara böyük zərbələr vurub.
Eyni zamanda B.Hozat Rusiyanın kürdlərə dəstək verməsinin lazım olduğunu da bildirib.
Anar
Gununsesi.info