PKK ABŞ səfirliyi qarşısında aksiya keçirdi

  • By admin
  • 15 Oktyabr 2019 20:00

Ermənistandakı PKK tərəfdarları bu ölkədəki ABŞ səfirliyi qarşısında aksiya keçirib.

Gununsesi.org erməni mənbələrinə istinadən xəbər verir ki, aksiyada məqsəd Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatalrına diqqət çəkmək, bu əməliyyatların dayandırılması üçün ABŞ-ın hərəkətə keçməsinə nail olmaqdır.

Aksiyada ABŞ-dan türkləri dayandırmağı tələb edən PKK-çılar, Türkiyənin hər zaman milli azlıqlara qarşı zorakılıq siyasəti yürütməsi ilə bağlı da əsassız və böhtan dolu ittihamlar səsləndirib. Aksiyada Ermənistan bayraqları ilə yanaşı,  PKK bayraqları və Öcalanın portretləri yüksəldilib.

Məlumat üçün qeyd edək ki, Suriyada türklərə qarşı vuruşan terrorçu dəstənin tərkibində ermənilərin olması ilə bağlı da çoxsaylı informasiyalar mövcuddur. Ermənistandakı bugünkü aksiya terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın PKK-nı dəstəklədiyinin bariz nümunəsi sayıla bilər. Bundna başqa, PKK tərəfdarlaırnın ABŞ səfirliyi qarşısında keçirdiyi aksiya türk ordusundan ölümcül zərbələr alan terror təşkilatların ümidsiz vəziyyətdə olduğunu göstərir.

Gununsesi.org