Afrinin mühasirəsi daraldıqca PKK terrorçularının Qəndildən gələn yüksək səviyəli komandirləri bölgədən qaçmağa başlayıb.
Gununsesi.info “milliyyet”ə istinadən xəbər verir ki, Afrinin Kefer Cenne və Şiran bölgəsinin terrorstlərdən təmizlənməsi nəticəsində PKK-nin tanınmış komandırlərindən olan Heval Baz bu ərazilərdə duruş gətirə bilməyib qaçan terrorçu komandirləri sorğuya tutduqdan sonra öldürüb.
Türk ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Kefer Cennedə PKK/PYD-yə məxsus təlim düşərgəsi aşkar edilib. Hansı ki, burada terrorçulara xüsusi hazırlıq təlimi keçiblər.
Bundan əlavə olaraq PKK terrorçularının liderlərindən sayılan Murad Karayılan da fevralın 19-da Kefer Cenne de olduğu bəlli olub.
Gununsesi.info