PKK Bərzaninin partiya qərargahını dağıtdı

  • By admin
  • 04 Mart 2017 15:18

b

 

Terrorçu PYD (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) üzvləri Suriyanın Kamışlı bölgəsində İraqın şimalındakı kürd muxtar hökumətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan Kürdüstan Demokrat Partiyasının qərargahına silahlı hücum ediblər.

Report xəbər verir ki, terrorçular binanı atəşə tutub, Məsud Bərzaninin portretini dağıdıb, ofisi yarasız hala salıblar.

Qeyd edək ki, ötən gün Mosulun Sincar rayonunda terrorçu PKK üzvləri ilə kürd silahlıları arasında da atışma olduğu barədə xəbər yayılmışdı. Həmin silahlı qarşıdurma nəticəsində bir terrorçu öldürülmüş, 4-ü isə yaralanmışdı.

Gununsesi.info