PKK jurnalistləri qaçırdı

  • By admin
  • 06 Fevral 2022 12:22

YPG/PKK terror təşkilatı Suriyanın şimal-şərqində işğal etdiyi Qamışlı rayonunda Suriya Kürd Milli Şurasına (ENKS) yaxınlığı ilə tanınan 2 müxalif jurnalisti qaçırıb.

Gununsesi.info  xəbər verir ki, terrorçular gecə saatlarında Ərbildə yerləşən “ARK Nyus”un müxbiri Sabri Fahri və “Yekiti Media”nın əməkdaşı Baver Molla Əhmədinin evinə basqın edərək onları qaçırıblar.

Müxalif jurnalistlərin harada olduğu hələlik məlum deyil.

Mənbələr qeyd ediblər ki, jurnalistlərin oğurlanması əmrini YPG/PKK-nın “Mahmud Riş” kod adlı terrorist lideri verib.

Gununsesi.info