PKK-nın 2 əsas üzvü ələ keçirildi

  • By Admin2
  • 08 Fevral 2025 16:50

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən Ədirnədə terrorçulara qarşı “Gürz-45” əməliyyatı keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

“Əməliyyat çərçivəsində PKK/KCK-nın əsas üzvləri sayılan – “Serhabun Malazgirt” kod adlı Bülənt Taşər və kod adı “Sərya Baran” olan Leyla Hüşenq ələ keçirilib. Saxlanılan şəxslər Türkiyədə törədilən bir neçə terror aktının əsas iştirakçılarından olub”, – nazir bildirib.

Gununsesi.info