PKK-nın “Çiya Rus” ləqəbli lideri öldürülüb

  • By admin
  • 04 May 2017 10:24

rus ciya

Türkiyə Silahlı Qüvvələrinin Karaçok Dağı ətrafında həyata keçirdikləri əməliyyatlar zamanı Kürd Fəhlə Partiyasının (PKK) yüksək eşalonunda yer alan “Çiya Rus” ləqəbli Mərdali Süleyman məhv edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya ordusunda, özəliklə Rusiya istehsalı olan silahlar üzrə mütəxəssis olduğu bildirilən zabit M.Süleyman ordudan qaçaraq PKK sıralarına qoşulub.

Belə ki, 22 ildir M.Süleyman həm PKK-nın, həm də PKK-nın Suriya qolu olan Xalq Qoruma Birliklərinin (YPG) heyətində yer alan silahlılara təlim keçib.

Qeyd edək ki, M.Süleymanın Karaçok Dağı ətrafında öldürülməsi YPG tərəfindən gizlədilib. PKK terror təşkilatı silahlıları arasında ruh düşkünlüyünün qarşısını almaq məqsədi ilə M.Süleymanın yol qəzası nəticəsində öldüyünü bəyan edib.

Anar

Gununsesi.info