
PKK-nın “qara qutusu” hesab edilən şəxs ölüb.
Gununsesi. info xəbər verir ki, PKK-nın “qara qutusu” hesab edilən və uzun müddət Rusiyada saxta pasportla yaşayan Mecit Gümüş bu günlərdə dünyasını dəyişib. M. Gümüş Türkiyə istihbaratının Rusiya gizli xidmət orqanlarına verdiyi məlumat əsasında yaxalanaraq 2011-ci ildə Türkiyəyə təhvil verilib. Cəza evindən səhhəti ilə bağlı azadlığa buraxlıan “qara qutu” Türkiyədən Qəndilə müalicə alamaq üçün gedir. “Qara quru” hesab edilən M. Gümüş PKK-nın Balkanlardan sorumlusu hesab edilib. M. Gümüş Türkiyə məhkəmsinin qərarı ilə 22 il 6 müddətinə azadlıqdan məhrum edilib. Səhhətində yaranmış problemlə bağlı terroristin cəza evində qalması məqsədəuyğun hesab edilmir və bir il bundan öncə müalicə almaq üçün azad edilir. Müalicə üçün Qəndilə gedən M. Gümüş yenidən terrorçulara qatılaraq dağlara çıxır, ancaq səhhəti ona imkan vermir və Süleymaniyyə qayıdaraq müalicə alır. Elə orada da ölür. Vəsiyyətinə əsasən o, Qəndil dağında basdırılıb.
Gununsesi.info