
Türkiyənin Milli Müdafiə Nazirliyi PKK terror təşkilatı nümayəndələrinin Fransa parlamentində qəbul edilməsinə sərt reaksiya verib.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib: “NATO üzvü Fransanın parlamentində qanlı PKK terror təşkilatının nümayəndələrini qəbul etməsi parlamentin nüfuzuna kölgə salıb.
Bu addım həm müttəfiqlik ruhuna ziddir, həm də NATO-nun terrorizmlə mübarizəsini puç edir.” Hər halda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəsini fasiləsiz davam etdirəcək.
Tərcümə:
Şəbnəm
Gununsesi.info