PKK terror təşkilatının erməni qolu Göyçə ətrafında qadınlara təlim keçir - FOTO

  • By admin
  • 13 Yanvar 2024 11:00

“VoMa” qruplaşmasının təlimindən yeni görüntülər yayılıb.

Gununsesi.info bildirir ki, fotolarda qızlara və uşaqlara təlim keçilməsi əks olunub.

Ermənistanda terrorçu dəstələr yetişdirən VOMA Göyçə ətrafında sakinlərə təlim keçir.

Qeyd edək ki, PKK-nın erməni qolu olan “VoMa” qruplaşması Qarabağda partizan mübarizəsinə başlayacaqlarını bildirib. Onlar erməni uşaqlarına təlimlər keçir. Adı ilk dəfə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı eşidilən “VoMa”nı erməni əsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklər.

Gununsesi.info