PKK terrorçuları Diyarbəkirdə terror aktı törətdi

  • By admin
  • 28 İyun 2016 12:20

terror in Diyarbakir

 

İyunun 28-də Türkiyənin Diyarbəkir bölgəsində terror aktı törədilib. Gununesi.info xəbər verir ki, Dilçə rayonunda törədilən terror aktı nəticəsində 2-si polis olmaqla 5 nəfər yaralanıb.

Terror aktı yerli vaxtla saat 10.10-da zirehli polis maşını rayonun giriş yolundan keçərkən partlayıcının işə düşməsi nəticəsində törədilib. Ehtimal edilir ki, partlayıcı PKK mənsubları tərəfindən yola basdırılıb.  (Azərtac)