Şimali İraqın Qəndil dağlarında Türkiyə silahlı qüvvələrdən ağır zərbələr alan PKK terror təşkilatı “yeni Qəndil” axtarışındadır.
Gununsesi.info xəbər ki, PKK Qəndili tərk etməyə hazırlaşır.
Məlumata görə, PKK terror təşkilatının rəhbərliyi İraqın Süleymaniyə və Hələbcə şəhərləri arasındakı bölgəyə yerləşmək üçün şiə “Haşdi Şabi” qruplaşması ilə təmas qurub. PKK terror təşkilatı bu günə qədər heç bir halda razılaşa bilmədiyi şiələrlə əməkdaşlıq qurmaq qərarına gəlib. Terror təşkilatının liderlərindən olan Cəmil Bayık “Haşdi Şabi”nin yüksək vəzifəli idarəçiləri ilə 4 dəfə görüşüb.
Görüşlərin nəticəsi olaraq Süleymaniyə-Hələbcə xəttində PKK terror birliklərinin qurulması və “Haşdi Şabi”nin dəstəklənməsi razılaşdırılıb. Şiələr PKK-ya silah və maddi vəsait verəcək. PKK yeni planı çərçivəsində ilk mərhələdə 500 PKK-çı Süleymaniyədə qurulacaq düşərgəyə yerləşdiriləcək. (Akşam qəzeti, Publika,az)