PKK terrorçuları Van vilayətində bələdiyyə sədrinin müavinini qətlə yetirdilər

  • By admin
  • 02 İyul 2017 20:07

olay

PKK terrorçuları Türkiyənin Van vilayətinin Özalp rayonunun bələdiyyə sədrinin müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Aydın Ahini qətlə yetiriblər.

Gununsesi.info Anadolu agentliyinə istinadla xəbər verir ki, bələdiyyə sədrinin vəzifələrini icra edən A.Ahi ötən gecə yaşadığı evdən terrorçular tərəfindən oğurlandıqdan bir qədər sonra öldürülüb.

Hadisə ilə əlaqədar bölgədə genişmiqyaslı əməliyyatın həyata keçirilməsinə başlanılıb.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş “Twitter” hesabından yazdığı açıqlamada cinayəti şiddətlə qınayaraq bildirib ki, bu xain hücumlar terror təşkilatlarına və onları dəstəkləyənlərə qarşı apardığımız mübarizəni əsla sarsıda bilməz”.

Gununsesi.info