PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı

  • By admin
  • 09 Noyabr 2016 19:39

1437809520747

 

PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində avtobusu atəşə tutub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 qoruyucu və 1 mülki şəxs həlak olub.

Hücum zamanı daha iki qoruyucu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb.

 

 

Gununsesi.info