PKK-ya qarşı böyük əməliyyat başladı

  • By admin
  • 15 Oktyabr 2016 22:14

pkk

 

Türkiyənin Adıyaman vilayətində pilotsuz təyyarə vasitəsilə müəyyən edilən PKK terrorçularının zərərsizləşdirilməsi üçün 250 təhlükəsizlik qüvvəsinin iştirakı ilə genişmiqyaslı əməliyyatlara başlanılıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, əməliyyata Adıyaman Jandarm Bölgə komandanı general Hacı İlbaşın rəhbərlik etdiyi bildirilib.

Məlumata görə, şəhərə giriş-çıxış bağlanıb.

Əməliyyat çərçivəsində 50 kvadrat kilometrlik ərazinin mühasirəyə alındığı vurğulanıb.

Qeyd edək ki, terrorçu qrupunun 19 nəfərdən ibarət olduğu güman edilir.

 

Gununsesi.info