
Tarixdə ilk dəfə Türkiyə-İran-İraqın birgə həyata keçirdiyi əməliyyat nəticəsində PKK-nın Qəndildəki mövqeləri darmadağın edildi.
Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, İraqın şimalında Asos bölgəsindəki PKK mövqelərinə havadan hücumlar təşkil edilərək, terrorçulara məxsus mövqelər məhv edilib.
3 ölkənin iştirakı ilə keçirilən birgə əməliyyatda 30 hərbi təyyarə 41 terror hədəfini, 50 ton ağırlığında 61 bomba ilə yerlə yeksan edib.
“Milliyet”in yazdığına görə, Bərzaninin referendumundan sonra təsis edilən Türkiyə-İran-İraq işbirliyi öz bəhrəsini verməkdədir. Türkiyə Silahlı Qüvvələri İran və İraqla terrora qarşı birgə əməkdaşlıq nəticəsində ilk dəfə olaraq İraqın şimalında PKK-nın Süleymaniyyənin şimal-şərqindəki Asos bölgəsindəki mövqeləri məhv edilib.
Birgə əməliyyat nəticəsində İraqın şimalında Zap və Metin bölgəsində polis və hərbi obyektə hücum təşkil etməyi planlaşdıran 8 terrorist tərk-silah edilib və iki mağara aşkar edilib.
Gununsesi.info