Hazırda həbsdə olan terrorçu PKKyanlı HDP-li millət vəkili Nursel Aydoğanın deputat toxunulmazlığı ləğv edilib.
Gununsesi.info-nun məlumatına görə, bu haqda Türkiyə mediası xəbər yayıb.
Belə ki, terrorçuluq fəaliyyətində suçlanaraq həbs olunan HDP Diyarbəkir millət vəkili N. Aydoğana 4 il 8 ay 7 gün həbs cəzası verilib.
Bu gün isə onun millət vəkilliyi əlindən alınıb.
KAMİL
Gununsesi.info