Planlarımız haqda danışa bilmirdim, hərbi sirr idi – ƏLİYEV

  • By admin
  • 10 Oktyabr 2021 14:59

Əlbəttə, bütün başqa amillərlə bərabər, hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün fəxr edir, haqlı olaraq fəxr edir, hamımız fəxr edirik.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Keçmiş məcburi köçkünlərlə görüşlər indi tamamilə başqa xarakter alıb. Siz bilirsiniz, mən 2003-cü ildən başlayaraq məcburi köçkünlərlə ildə bir neçə dəfə görüşmüşdüm, həm açılışlarda, – çünki 100-dən çox şəhərcik inşa edilmişdir, hər bir açılışda mən iştirak edirdim, – həm də ki, başqa tədbirlərdə. Görürdüm ki, son illər onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?! Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq”, – Prezident bildirib.

Gununsesi.info