Plastik cərrahların sənədlərinin yoxlanılması bu tarixdə başa çatacaq

  • By Admin2
  • 15 Mart 2025 16:18

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, plastik cərrahların sənədləri ilə bağlı nəticələr ictimaiyyətə elan ediləcək.

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: “İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə ediləcək”, – nazir qeyd edib.

Gununsesi.info