Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski karyerasını bitirib.
Gununsesi.info “Qafqazinfo”- ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçu üçün vida matçı keçirilib.
Oyunda tirubunalara 50 min azarkeş toplaşıb. Son klubu “Qornik Zabrze”lə (Polşa) peşəkar karyerasına başladığı “Köln” arasında keçirilən vida matçından sonra Podolski göz yaşlarına hakim ola bilməyib.
O, qarşılaşmada hər iki klubun formasını geyinib. Mərasimdə Podolskinin bir sıra məşhur keçmiş komanda yoldaşları, o cümlədən Manuel Noyer, Mats Hammels, Per Mertesaker, həmçinin məşqçilər Hansi Flik və Yoahim Löv iştirak ediblər.
Qeyd edək ki, “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Antalyaspor” klublarda çıxış edən Podolski Almaniya millisində 130 oyunda 49 qol vurub. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.