Pol Qobl cəbhədəki son vəziyyətlə bağlı danışdı

  • By admin
  • 27 Sentyabr 2020 21:46

“Mübarizədəki bu son yüksəliş gələcək danışıqların nəticəsini qaçılmaz olaraq dəyişdirəcək yeni faktlar meydana gətirir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl bu gün cəbhədə baş verən qarşıdurmalarla bağlı danışarkən deyib.

Onun sözlərin görə, həm Qərb, həm də Rusiya bu döyüşlərin çox uzun sürməsini istəmir:

“Yəqin ki, Türkiyə bu işə qarışmayacaq. Moskva isə döyüşlərdə bu cür alovlanmaları qaçılmaz edən davranışlardan sonra özünü sülhpərvər kimi göstərməyə çalışacaq”.

Gununsesi.info