Polad Bülbüloğlu məşhurlarla Şahbulaq Qalasında Novruz çəkilişində - VİDEO/FOTO

  • By admin
  • 08 Mart 2022 13:30

“Space Tv”nin bu ilki Novruz çəkilişi Ağdamın işğaldan azad olunan Şahbulaq Qalası abidəsində baş tutub. 

Gununsesi.info xəbər verir ki, bu münasibətlə Xalq artisti Aygün Bayramova, Nəzakət Bayramova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Gülüstan Əliyeva, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ağdama yollanıb. Tədbirdən görüntüləri ulduzlar sosial şəbəkələrdə yayıblar.

Məlumat üçün bildirək ki, bu, torpaqlarımız işğaldan azad olunduqdan sonra Şahbulaq Qalasında ilk Novruz çəkilişidir.

Gununsesi.info