Polad Bülbüloğluna danışmaq qadağan edilib - "GÜNÜNSƏSİ" NİN ƏMƏKDAŞI SƏFİRİ ARADI

  • By admin
  • 29 Mart 2022 13:54

Rusiya Dövlət Dumasının deputatlarının və bu ölkənin ayrı-ayrı siyasətçilərinin Azərbaycan əleyhinə çağırışları artmaqdadır.

Dumanın üzvü Mixayil Delyagin isə bir az da irəli gedərək, Azərbaycanı bombalamaqla hədələyib. Onun bu çıxışını Rusiyanın bütün rəsmi KİV-ləri tirajlayıb.

Ancaq Azərbaycan hökuməti nədənsə Rusiyaya ciddi etiraz bildirmək istəmir.

Gununsesi.info məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə əlaqə saxlayıb.

Hazırda məşğul olduğunu, bir az sonra təkrar zəng etməyimizi məsləhət görən Polad Bülbüloğlu sonra telefonun dəstəyini qaldırmayıb.
Səfirliyin adının çəkilməsini istəməyən başqa bir diplomatı isə deyib ki, bu mövzuda səfirə və səfirliyə açıqlama vermək qadağan edilib:

Rəsmi nə olacaqsa, ancaq nazirlik yayacaq“.

Gununsesi.info