Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan gəmimizin kapitanı Elnur kapitanı qəbul edib söhbətləşdik.
Gununsesi.info-nun xəbərinə görə, bunu “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabında yazıb.
Elnur kapitanla birgə fotosunu yayan həmyerlimiz daha sonra qeyd edib:
“Gəmi kapitanı olmaq çox ciddi və məsuliyyətli işdir. Çünki aylarla dənizlərdə olan heyəti o edir. Lazım olan anda doğru qərar qəbul etməyi bilir və Elnur kapitan da bu sahədə ən etibarlılardan biridir.
Bütün gəmi kapitanlarını və ekipaj üzvlərini salamlayıb işlərində uğurlar arzu edirəm. Düməni bax belə sağlam tutun!”
Şəbnəm
Gununsesi.info