Polad Həşimovun anasının attestat verdiyi məzun ən yüksək balı topladı – VİDEO

  • By admin
  • 10 Avqust 2021 21:44

Xəbər verdiyimiz kimi, bu gün 1 və 4-cü ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

I qrupda ən yüksək nəticəni Sumqayıt şəhər 11 saylı tam orta məktəbin məzunu Əbil Şəfiyev göstərib. O, ümumilikdə 697 bal toplayıb.

 

 Gununsesi.info xəbər verir ki, Azərbaycan Telekanalında (AzTV) yayımlanan “Əlaçı” verilişinin qalibi olan Ə.Şəfiyev təəssüratlarını Modern.az-la bölüşüb.

 

O hələ ixtisas seçimi etmədiyini söyləyib:

 

“İmtahana kurs vasitəsilə hazırlaşmışam. Orada 3 il müddətinə ödənişsiz təhsil almışam. Uğurumu valideynlərimə və hazırlaşdığım kursa borcluyam. Təhsilimi Bakı Ali Neft Məktəbində (BANM) davam etdirməyə qərar vermişəm, lakin hansı ixtisası seçəcəyimi hələ dəqiqləşdirməmişəm”.

Uğur sirrinə gəlincə, Ə.Şəfiyev bildirib ki, abituriyentlər imtahana yaxşı hazırlaşsa, yüksək nəticə əldə etmək mümkündür.

 

“İmtahan verəcək məzunlar əvvəldən yaxşı hazırlaşmalıdır. Sınaq imtahanlarında iştirak etmək lazımdır, uğura gedən yollardan biri də odur”.

 

Qeyd edək ki, Əbil məktəbi qırmızı attestatla bitirib. Attestatı ona şəhid general-mayor Polad Həşimovun anası Səmayə ana təqdim edib.

Gununsesi.info