“Polad” ləqəbli polkovnik vəfat etdi

  • By admin
  • 13 Yanvar 2023 12:59

“Polad” ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

O, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olub.

Qeyd edək ki, polkovnik daha əvvəl Biləsuvar, İmişli, Şamaxı rayonlarının polis rəisi kimi də çalışıb.

Gununsesi.info