Polisə hücum edən şəxs zərərsizləşdirilib - FOTO

  • By admin
  • 31 Avqust 2017 14:38

09

İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzində yerləşən “Medborgar Platsen” meydanda bıcaqla silahlanan naməlum şəxs polisə hücum edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Stokholm polisi məlumat yayıb.
Məlumata görə, polisə hücum edən naməlum şəxs zərərsizləşdirilib. Hazırda Stokholm polisi və xüsusi təyinatlı dəstələr “Medborgar Platsen” meydanı ətrafda irimiqyaslı əməliyyat başladıb.

Qeyd edək ki, hələlik şübhəlinin adı açıqlanmır.

Anar
Gununsesi.info