Filippinin hüquq-mühafizə orqanları girov müqabilində pul almaq məqsədilə əcnəbiləri oğurlamaqda şübhəli bilinən qrupun üzvlərini həbs edib. Yerli KİV-lərin verdiyi məlumata görə, qrupun tərkibinə 2 malayziyalı və 42 Çin vətəndaşı daxildir.
Gununsesi.info xəbər verir ki, Filippinin ədliyyə nazirinin müavini Erikson Balms bildirib ki, saxlanılanlar son bir neçə ayda əsasən əcnəbiləri kazinodan silsilə şəkildə oğurlamaqda şübhəli bilinirlər.
Girov götürülənlərdən biri Sinqapur vətəndaşı 48 yaşlı xanım Vu Yan olub. Onun iyulun 17-də Malayziyadakı kazinolardan birində iki malayziyalı tərəfindən oğurlandığı bildirilir. E.Balmsın sözlərinə görə, cinayətkarlar həmin qadını əsirlikdə saxlayaraq döymüş və 180 min dollar məbləğində girov tələb etmişlər. Qadın iyulun 18-də azad edilib. Digər zərərçəkənlər barədə məlumat verilmir.
Gununsesi.info