Polis əməkdaşı dəm qazından boğularaq ölüb

  • By admin
  • 27 Noyabr 2016 20:24

qaz

Bakıda polis əməkdaşı dəm qazından boğularaq ölüb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Səidov İsmayıl Valeh oğlu kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Səbail Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info