Polis əməkdaşı dünya çempionu oldu

  • By admin
  • 01 May 2018 12:52

Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində karate üzrə doqquzuncu dünya çempionatı keçirilib. “Şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda 31 ölkənin idmançıları ilə yanaşı ölkəmizin yığma komandası da iştirak ediblər.

Yığma komandamızın tərkibində döyüşən DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin əməkdaşı, polis serjantı Rəsul Əlizadə bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb.

Kiçik yaşlarından idmana həvəsi olan Rəsul dəfələrlə respublika çempionu olub. Karate üzrə 2012-ci ildə Dünya çempionatında ikinci yeri tutub, 2014-cü ildə isə Avropa çempionatının qalibi olub.

Gununsesi.info