İdarə etdiyi nəqliyyat vasitəsilə polis əməkdaşını vurmaqda şübhəli bilinən Masallı rayonunun Köhnə Alvadı kənd sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də saat 20 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi “VAZ-21099” markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.
Masallı Rayon Polis Ş əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub.
Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info