Polis əməliyyat keçirdi - 59 NƏFƏR TUTULDU

  • By admin
  • 07 Mart 2018 11:14

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il martın 6-dan 7-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 94 cinayət faktı qeydə alınıb.

Onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Gununsesi.info