Türkiyədə sünnət paltarları satışı ilə məşğul olan mağazadan xeyli sayda silah-sursat aşkarlanıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə polisi Bayrampaşada sünnət paltarlarının satışı ilə məşğul olan mağazaya baxış keçirib.
Baxış zamanı mağazadan 130 ədəd tüfəng, 30 ədəd isə tapança götürülüb.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=SYsZCQEZX_I
Anar
Gununsesi.info