Polis əməliyyat keçirdi –  Silahlı şəxs SAXLANILDI

  • By admin
  • 17 İyul 2020 13:32

Bakıda silahlı şəxs yaxalanıb.

Gununsesi.org-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında rayon ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Elton Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan içərisində 5 ədəd 9 mm-lik patron olan “Makarov” tipli tapança aşkarlanıb.

 
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org