Polis 10,2 kiloqramdan artıq narkotik vasitə aşkarladı

  • Müəllif: Firuzə
  • 13 Aprel 2026 10:47

Azərbaycanda son iki gün ərzində aşkar olunan narkotik vasitlərin miqdarı məlum olub.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 11-də və 12-də ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Gununsesi.info