İtaliyanın Ferrera əyalətinin polisi cümə axşamı gecəsi 103 yaşlı Cüzepina Molinarinin vaxtı keçmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi avtomobili saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Məlumata görə, martın 14-də səhər saat 1 radələrində polisə Ferrara yaxınlığındakı Bondeno şəhər mərkəzində avtomobilin təhlükəli şəkildə sürdüyü barədə zəng daxil olub.
Hadisə yerinə gələn polislər “sürücünün doğum ilini biləndə çox təəccübləniblər”. Cüzepina Molinari 1920-ci ildə anadan olub, “onun 103 yaşı var, lakin hələ də maşına minib dostları ilə görüşmək üçün Bondenoya gedə bilir”, – məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının qaranlıq səbəbindən yolunu azmış ola biləcəyini ehtimal ediblər. Bununla belə, o, vaxtı keçmiş sürücülük vəsiqəsinə görə (iki il əvvəl yeniləməli idi) cərimələnib və evə aparılıb.
Molinarinin özü yerli qəzetə deyib ki, indi özünə “Vespa” skuter almaq istəyir, lakin bu arada dostlarını ziyarət etmək üçün velosiped sürəcək.
Ferrara şəhərinin meri Alan Fabbri vəziyyəti şərh edib. Onun fikrincə, qadına cərimə yox, medal verilməli idi: “Siz nadir hallarda belə daxili güc görürsünüz və bu, öz qocalığıma ümid verir!”
Gununsesi.info