Polis 2 rayonda çətənə və marixuana kolları aşkar etdi

  • By admin
  • 15 May 2017 11:30

cetenek
Sabirabad rayon sakinlərinin evlərindən marixuana və çətənə kolları aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Azadkənd kəndində yaşayan, əvvəllər məhkum olunmuş Hidayət Məmmədovun evinə baxış zamanı oradan 1 kiloqram 292,38 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona verən həmkəndlisi Ağayar Əliyev də müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı isə 322 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tülü kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 200 kiloqram olan 675 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Anar

Gununsesi.info