“Respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 97 cinayətin üstü “isti izlər”lə açılmışdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN şöbə rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, dünən əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılmışdır.
Gununsesi.info