POLİS AT OĞRUSUNU QORUYUR?

  • By admin
  • 31 Avqust 2016 13:36

zerdab

Zərdabın Çallı kəndində məskunlaşan Kəlbəcər sakini Fazil Təhməzovun atını oğurlayıb öldürüblər.
Gununsesi.info politika.az-a istinadən xəbər verir ki,  F.Təhməzov oğurlanan atını 2 gün axtarandan sonra leşini tapıb.
Təsərrüfat işləri ilə məşğul olan F.Təhməzov öyrənib ki, atını həmkəndlisi olan Yaşar adlı şəxs oğlu ilə birlikdə sahədən oğurlayıb.
Atın leşi də elə Yaşarın qapısında tapılıb. Atın sahibi olay haqda Zərdab rayon Polis Şöbəsinə şikayət edib. Amma heç bir tədbir görülməyib. F.Təhməzov bildirib ki, polis sanki Yaşarın vəkili kimi onu müdafiə edir.
Şikayətçi F.Təhməzov Polis Şöbəsinin hərəkətsizliyindən daxili işlər nazirinə və baş prokurora şikayət edib. F.Təhməzov atını oğurlayan və öldürən şəxslər cəzalandırılmasını istəyir.

Gununsesi.info