Polis Bəxtiyar Hacıyevin avtomobilinin şüşəsini sındırmasını bununla əsaslandırdı - FOTO

  • By admin
  • 09 Mart 2022 16:22

Bu gün Azərbaycanın tanınmış siyasi  fəalı Bəxtiyar Hacıyev bəzi şikayətlərinin DİN tərəfindən obyektiv araşdırılmamasına etiraz olaraq nazirliyin qarşısında aksiya keçirib.

Öz avtomobilinin şüşələrinə müxtəlif şüarlar yazan siyasi fəal bununla nazir Vilayət Eyvazovun diqqətini çəkmək istədiyini bəyan edib.

Lakin avtomobilə yaxınlaşan polis əməkdaşları onun şüşələrini sındıraraq, Bəxtiyar Hacıyevi saxlayıb.

Bununla bağlı açıqlama verən nazirlik bəyan  edib ki, Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib və onun qarşısı alınıb:

“İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz olaraq özünü yandırmağa cəhd edib Vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib. Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”.

 

Gununsesi.info