
Bakı şəhər sakinindən 0,373 qr heroin və nömrəsi silinmiş tapança götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Qurbanovdan 0,373 qram heroin və nömrəsi silinmiş “Naqan” markalı tapança götürülüb.
Anar
Gununsesi.info