
Baş nazir Binalı Yıldırım Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil olunan AKP-nin növbəti qrup toplantısında çıxış edərkən bu an ona Məclisin mühafizə polisi tərəfindən xəbərdarlıq mesajı verilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik səbəbilə Türkiyə Böyük Millət Məclisin qapıları bağlanılıb və öncədən adları siyahıda qeyd olunan ziyarətçilər də içəri buraxılmayıb.
Qeyd edək ki, səbəb kimi Hakkari və Şırnakın rayon olma statusunun ləğvinə etiraz edən bir qrup insan, Xalq Demokrat Partiyasının (HDP) üzvülərinə qoşularaq Türkiyə Böyük Millət Məclisi qarşısında aksiya keçiriblər. Türkiyə Böyük Millət Məclisin mühafizə polisi etiraz aksiyasının içəridə də davam etdirilə biləcəyindən ehtiyat edərək müvəqqəti olaraq Məclisin qapılarını onların üzünə bağlayıb.
Anar
Gununsesi.info