Polis binasına hücumla əlaqədar 200 nəfər saxlanıldı - Ermənistanda gərginlik səngimək bilmir

  • By admin
  • 18 İyul 2016 08:06

arn

 

Ermənistanın paytaxtında polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə  “İnterfaks” xəbər yayıb.

Hazırda onlardan 50-si sərbəst buraxılıb.
Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.
Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən  silahlı şəxslər 7 nəfəri girov saxlayır.

Həmçinin, qeyd edək ki, İrəvanda baş verən hadisələri şərh edən politoloq Andrias Qukasyan “qiyamçıların təslim olmayacağını və son güllələrinə qədər döyüşəcəklərini” deyib. O, bildirib ki, polislə toqquşmalar nəticəsində yüzlərlə şəxs həlak ola bilər: “Vətəndaşlar Ermənistan Daxili İşlər Nazirliyi qarşısına toplaşaraq güc tətbiq edilməməsini tələb etməlidir”.

Gununsesi.info